Modern.az

İlham Mirzəyevin növbəti məhkəməsi mart ayında olacaq - Vəkil

İlham Mirzəyevin növbəti məhkəməsi mart ayında olacaq - Vəkil

Təhsil

27 Fevral 2015, 12:17


“İlham Mirzəyevlə mütəmadi görüşürəm. Hər şey normaldır. Özünü yaxşı hiss edir”.

Bunu Modern.az-a açıqlamasında telejurnalist İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə bildirib.

Vəkil növbəti məhkəmə prosesinin mart ayında keçiriləcəyini bildirib: “Növbəti məhkmə prosesi mart ayında olacaq, amam dəqiq tarix hələ bilinmir”.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər.

İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı