Modern.az

ABŞ-da Nemtsovun qatili haqqında informasiya yoxdur – AÇIQLAMA

ABŞ-da Nemtsovun qatili haqqında informasiya yoxdur – AÇIQLAMA

Education

2 Mart 2015, 09:45


ABŞ Rusiyanın aparıcı müxalif simalarından olan Boris Nemtsovun qatili haqqında hər hansı informasiya əldə edə bilməyib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri ABC telekanalının efirində belə açıqlama ilə çıxış edib.

O bildirib ki, Boris Nemtsovun öldürənlərlə bağlı ABŞ-da informasiya olmadığına görə məsələni şərh etmək istəmir.  

ABŞ rəsmisi qeyd edib ki, Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirəcəyi görüşdə Boris Nemtsovun məsələsini müzakirə edəcək.  

Məlumat üçün deyək ki, bu gün Con Kerrinin Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcəyi gözlənilir.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı