Modern.az

İranın ali dini rəhbəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

İranın ali dini rəhbəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Образование

5 Mart 2015, 13:40


İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin səhhəti pisləşib. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Xamenei xəstəxanaya yerləşdirilib. Tehran xəstəxanalarından birinə yerləşdirilən ali dini rəhbərin vəziyyətinin kritik olduğu bildirilir. 

76 yaşlı Xameneinin ötən gündən xəstəxanalardan birinə yerləşdirilməsi haqda xəbəri rəsmi İran mənbələri susqunluqla müşayiət edirlər. 

Seyid Əli Xameneiyə prostat xərçəngi diaqnozunun qoyulduğu və xəstəliyin digər orqanlara da keçdiyi bildirilir. 

Qeyd edək ki, Xamenei ötən il Tehrandakı dövlət xəstəxanasında prostat əməliyyatı keçirmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı