Modern.az

Putin qrip olub

Putin qrip olub

Təhsil

15 Mart 2015, 20:02



10 günə yaxındır yoxa çıxan Rusiya prezidenti Vladimir Putinin qripə yoluxduğu barədə məlumat yayılıb. Modern.az saytı bildirir ki, bu haqda “Dojd” telekanalı öz mənbələrinə istinadən xəbər verir. Kremlin mətbuat katibi Dmitri Peskov bu məlumatı şərh etməkdən imtina edib.
Telekanalın mənbəsinin məlumatına görə, prezident son günlər Moskvada olmayıb. Putinin həmin müddətdə Novqorod vilayətindəki Valday gölünün ətrafındakı rəsmi rezidentsiyasında olduğu bildirilir. Putin qrip olması haqda yayılan məlumata münasibət bildirilməsi xahişinə Peskov belə cavab verib: “Şərh vermirik, mövzu bağlıdır”.

Putinin martın 16-da Sankt-Peterburqda Qırğızıstanın prezidenti Almazbek Atambayevlə görüşü planlaşdırılıb.

Modern. az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı