Modern.az

“İslam Partiyasının sədr müavini deyiləm” – AÇIQLAMA

“İslam Partiyasının sədr müavini deyiləm” – AÇIQLAMA

تحصیلات

16 Mart 2015, 11:55

“Mən vaxtilə İslam Partiyasının sədr müavini olmuşam. İndi isə İslam Partiyasının rəhbərliyində təmsil olunmuram”. Bunu Modern.az saytına açıqlamasında Milli Şura üzvü, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli deyib.

O bildirib ki,  Milli Şuranın ötən gün keçirilən mitinqinə İslam Partiyası adından qatılmayıb. Rövşən Əhmədli onu da əlavə edib ki, bəzi mətbuat orqanlarının onu İslam Partiyasının sədr müavini kimi təqdim etməsi yanlışdır.  

İslam Partiyası sədrinin keçmiş müavini qeyd edib ki,  işlərinin  çox olması ilə əlaqədar bu təşkilatdakı vəzifəsindən istefa verib. “Amma mənim İslam Partiyası ilə heç bir problemim yoxdur. Mən hazırda İslam Partiyasının sıravi üzvüyəm”,-deyə o söyləyib.  

Aqşin Kərimov      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı