Ötən gün İsraildə parlamentinə (Knesset) keçirilən seçkilərin nəticələri açıqlanıb. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir Benyamin Netanyahunun lideri olduğu “Likud” Partiyası seçkilərin qalibidir.
Nəticələrə görə heç bir partiya öz başına iqtidara gələ bilmək üçün tələb olunan səs baryerini əldə etmədiyinə görə ölkədə koalisiya hökuməti formalaşacaq. “Likud” Partiyası Knessetdə 29 yer qazanıb.Netanyahunun əsas rəqibi sayılan “Sionist düşərgə” müxalifət blokunun lideri İshak Hersoq seçkilərdə baş nazirə məğlub olmadığını bəyan edib. Onlar parlamentdə 24 yer alıblar.


Modern.az