
Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyəti kütləvi informasiya vasitələrində “Arif Alışanov özünə yeni müavin təyin etdi” xəbərinə dair açıqlama verib. Qurumun mətbuat xidmətinin rəisi Xatirə Qasımova Modern.az-a bildirib ki, məlumat realllığı əks etdirmir:
“Yazılanların heç biri həqiqəti əks etdirmir”.
Dünən bir çox mətbuat orqanında Az.TV-nin sədri Arif Alışanovun özünə yeni müavin təyin etdiyi haqda informasiyalar yayılıb. İnformasiyada bildirilirdi ki, “İdman Azərbaycan” kanalının direktoru Elsevər Dünyamalıyev sədrə yeni müavin təyin olunub.
Gülşən RAUFQIZI