Modern.az

Deputatın komandasından yeni qələbə

Deputatın komandasından yeni qələbə

Образование

22 Mart 2015, 13:50

Türkiyədə karate üzrə 50-ci Avropa Çempionatı keçirilir.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev Modern.az-a bu gün Türkiyədə komandalar arasında keçirilən yarışın nəticələrindən danışıb:

“Bildiyiniz kimi, bu gün Türkiyədə karate üzrə 50-ci Avropa Çempionatı başa çatır. Komandalar arasında yarışın nəticələrinə əsasən Azərbaycanı təmsil edən karateçilərimiz bürünc medala layiq görülüblər. Bununlada idmançılarımızın əldə etdiyi medalın sayı 4-ə çatıb. Bu da əlbəttə ki, Azərbaycan üçün böyük uğurdur. İdmançılarımızın bundan sonrakı yarışlarda da ölkəmizi şərəflə təmsil edəcəklərinə inanırıq” deyə, deputat bildirib.

Qeyd edək ki, finalda Azərbaycanı tanınmış idmançılar - Ayhan Mamayev, Rafael Ağayev və Niyazi Əliyev təmsil ediblər. Rafael Ağayev və Niyazi Əliyev finalda rəqiblərinə qalib gələrək birincilik əldə ediblər. Ayhan Mamayev isə gümüş medal qazanıb.

Məlumat üçün bildirək ki, Türkiyədə karate üzrə keçirilən 50-ci Avropa Çempionatı bu gün başa çatır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı