Modern.az

Əhməd Davudoğlu işıqların sönməsində terror izi axtardıqlarını bəyan etdi

Əhməd Davudoğlu işıqların sönməsində terror izi axtardıqlarını bəyan etdi

Təhsil

31 Mart 2015, 14:23


Türkiyədə ölkə boyu elektrik enerjisinin kəsilməsinin səbəbləri araşdırılır. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, baş nazir Əhməd Davudoğlu bu barədə danışıb.

O, elektrik enerjisinin birdən-birə kəsilməsində və bunun bütün bölgələrdə müşahidə edilməsində terror izi axtardıqlarını qismən də olsa etiraf edib.

“Bütün səbəblər araşdırılır. Terror hücumu ilə bağlı ehtimalları da araşdırırıq”,-deyə Əhməd Davudoğlu bildirib.

Baş nazir onu da əlavə edib ki, problemlə bağlı Enerji və Təbii Qaynaqlar Nazirliyində böhran masası təşkil edilib.

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı