Modern.az

Ərdoğandan Roma Papasına ETİRAZ

Ərdoğandan Roma Papasına ETİRAZ

Təhsil

13 Aprel 2015, 08:39


"Roma Papasının bəyanatı Türkiyə üçün qəbuledilməzdir". Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün twitter hesabında yazıb.

O qeyd edib ki, Roma Papası Fransiskin açıqlaması dini əsaslar üzərində qurulmamalıdır.

“Dini əsaslar belə bəyanatlar üçün əsas deyil. Bu, düşmənçiliyə və nifrətə gətirib çıxarır”,-deyə Rəcəb Tayyib Ərdoğan yazıb.

Roma Papası Fransisk qondarma erməni soyqırımını, nasizmi və stalinizmi  nəzərdə tutaraq bəyan edib ki, bəşəriyyət XX əsrdə bu üç amil nəticəsində böyük faciə yaşayıb.

Modern.az 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı