Modern.az

Baş prokuror vətəndaşları online rejimdə qəbul edəcək

Baş prokuror vətəndaşları online rejimdə qəbul edəcək

تحصیلات

7 May 2015, 17:19

Baş prokuror Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar  mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı