Modern.az

Təyyarə maşınlara çırpıldı

Təyyarə maşınlara çırpıldı

تحصیلات

22 Avqust 2015, 23:24

 

Böyük Britaniyada qırıcı təyyarə qəzaya uğrayaraq, magistral yolda olan avtomobillərə çırpılıb, nəticədə 7 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəza İngiltərənin cənubundakı Qərbi Susseks qraflığında “Shoreham Airshow” aviaşousu zamanı baş verib.

"Hawker Hunter" tipli  qırıcı-bombardmançı təyyarənin “A27” magistral avtomobil yoluna düşdüyü bildirilir. Hazırda yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Şahidlərin sözlərinə görə, şou zamanı pilot manevri tamamlaya bilməyib, nəticədə təyyarə yola çırpılıb.  

İlkin məlumata görə, pilot sağ qalıb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı