Modern.az

Bakıda ağır qəza - Ölən var 

Bakıda ağır qəza - Ölən var 

29 May 2023, 20:59

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili “КамАЗ” markalı yük avtomobilinə çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi