Modern.az

Hacıqabulda maşın bağçaya çırpılıdı - Ölən və yaralanan var

Hacıqabulda maşın bağçaya çırpılıdı - Ölən və yaralanan var

Hadisə

17 May 2024, 07:48

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

 

"Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

 

Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgərov Ramil Nurəddin oğlu və Şirvan sakini 1994-cü il təvəllüdlü Cəfərov İlqar Elşən oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

 

Əsgərov Ramil bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi