Modern.az

Cəlilabadda yaşayış evi YANDI

Cəlilabadda yaşayış evi YANDI

Hadisə

21 İyul 2024, 17:48

Cəlilabad rayonunun Fətullaqışlaq kəndində yaşayış evi yanıb.

 

Modern.az-ın məlumatına görə, yanğın Samir Babayevə məxsus bir mərtəbəli, təxminən 70 kvadratmetr olan evdə qeydə alınıb.

 

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev əşyaları ilə birlikdə külə dönüb.

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB