Modern.az

Niderland 1/4 finala yüksəldi - YENİLƏNİB

Niderland 1/4 finala yüksəldi - YENİLƏNİB

İdman

3 Dekabr 2022, 20:52

Niderland yığması Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisi ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Niderlandın 1/4 finalda rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq.

 

***

Dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 4-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 81-ci dəqiqədə Denzel Dümfriz niderlandlıların 3-cü qolunun müəllifi olub - 3:1.

 

***

20:35

 

Dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 76-cı dəqiqədə amerikalıların heyətində Hadji Rayt hesab arasındakı fərqi minimuma endirib - 1:2.

 

***

19:52

Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

 

Modern.az komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

 

***

Niderland və ABŞ yığmaları arasında keçirilən 1/8 final oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Memfis Depay niderlandlıları hesabda önə keçirib.

 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

 

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

 

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok