Modern.az

AVRO-2024: Qrup mərhələsində II tur başlayır

AVRO-2024: Qrup mərhələsində II tur başlayır

İdman

19 İyun 2024, 12:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə A və B qruplarında ümumilikdə 3 görüş keçiriləcək.

 

Günün ilk qarşılaşması B qrupunda Xorvatiya və Albaniya yığmaları arasında olacaq. İlk turu məğlubiyyətlə başa vurmuş komandaların dueli Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

A qrupunda keçiriləcək oyunlarda isə Almaniya Macarıstanı, İsveçrə isə Şotlandiyanı sınağa çəkəcək. Matçlar müvafiq olaraq, saat 20:00 və 23:00-da start götürəcək. Hazırda ev sahibləri 3 xalla qrup lideridir. Eyni xala malik isveçrəlilər 2-ci pillədə qərarlaşıblar. Macarıstan və Şotlandiyanın isə xalı yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI