Modern.az

AVRO-2024: İngiltərə finala keçdi - YENİLƏNİB

AVRO-2024: İngiltərə finala keçdi - YENİLƏNİB

11 İyul 2024, 00:58

Almaniyada keçirilən Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

 

Modern.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

 

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

 

***

00:53

 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi hesabda önə keçib - 2:1.

 

90+1-ci dəqiqədə Olli Uotkins adını tabloya yazdırıb.

 

***

23:25

 

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub. 

 

Modern.az xəbər verir ki, İngiltərə millisinin üzvü Harri Keyn 18-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

 

**

23:14

 

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb. 

 

Modern.az xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində niderlandlıların heyətində Xavi Simons fərqlənib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

 

***

23:01

 

Almaniyanın ev sahibliyi etdiyi XVII Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri