Modern.az

Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi ola bilərmiş, amma...

Qurban Qurbanov İrlandiya millisinin baş məşqçisi ola bilərmiş, amma...

11 İyul 2024, 15:16

İrlandiya milli komandasına yeni baş məşqçi təyin edilib.

Modern.az xəbər verir ki, bu, islandiyalı Heymir Hadlqrimsson olub. Bu barədə İrlandiya Futbol Federasiyası məlumat yayıb.

Heymir Hadlqrimssonun bunadək son iş yeri Yamayka millisi idi. 57 yaşlı mütəxəssis Lars Laqerbokla birgə 2016-cı ildə Avro-2016-da yarışmış İslandiya millisinin də baş məşqçi olub.

İrlandiyanın secondcaptains.com saytının yazdığına görə, Heymir Hadlqrimssonla yanaşı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, eləcə də Qustavo Poyet (hazırkı iş yeri Yunanıstan millisi) və İrlandiya millisinin əfsanəvi futbolçularından olmuş Roy Kin də namizədlər sırasında olub. Lakin yekunda Hadlqrimssonun namizədliyi üzərində dayanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri