Modern.az

UEFA reytinqində Azərbaycanın yeri dəyişmədi

UEFA reytinqində Azərbaycanın yeri dəyişmədi

24 İyul 2024, 12:46

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

 

Modern.az xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.

 

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. "Qarabağ"ın "Linkoln"a 2:0 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,250 xal gətirib. Azərbaycanın xal hesabı 17,250-yə yüksəlsə də, mövqe dəyişməz qalıb.

 

Ölkəmiz Avropada 25-ci pillədə qərarlaşıb. Norveç Danimarkanı, Avstriya İsveçrəni, Macarıstan Rusiyanı, İsveç Rumıniyanı, Kosovo İrlandiyanı keçib.

 

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri