Modern.az

Braziliya dünya çempionatında növbəti mərhələyə yüksəldi

Braziliya dünya çempionatında növbəti mərhələyə yüksəldi

İdman

29 İyun 2026, 23:10

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.

Modern.az xəbər verir ki, mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkib. Hyuston şəhərindəki NRG stadionunda oynanılan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliya millisinin qollarını Kazemiro və Qabriel Martinelli vurub. Asiya komandasının qoluna isə Kaysü Sano imza atıb.

Braziliya növbəti raundda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi