Modern.az

Piyadalar qəzadan son anda qurtuldu - VİDEO

Piyadalar qəzadan son anda qurtuldu - VİDEO

Hadisə

30 İyun 2026, 13:00

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda əks olunub. Bunlar aşağıdakılardır:

1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;

2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;

3. Sərt əyləcdən istifadə etməməli;

4. Düzgün ara məsafəsi saxlamalı;

5. Dayanmalı və piyadalara yol verməlidirlər.

“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə müraciətdə vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...