Modern.az

İnfantinonun təyyarə ilə səfərlərində REKORD 

İnfantinonun təyyarə ilə səfərlərində REKORD 

İdman

Bu gün, 00:01

İnfantinonun iki həftədəki təyyarə səfərləri 78 nəfərin illik karbon emissiyasına bərabər olub.
Modern.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının ilk iki həftəsindən bir qədər artıq müddətdə Şimali Amerikanın müxtəlif şəhərlərində keçirilən 24 oyunu izləyib. O, bunun üçün minlərlə kilometr məsafəni əsasən şəxsi təyyarə ilə qət edib.

FİFA-nın 2026-cı il dünya çempionatı ilə bağlı dayanıqlı inkişaf və insan hüquqları strategiyasında Canni İnfantino bildirib:

"İstər iqlim dəyişikliyi, istər insan hüquqları, xəstəliklər və ya əlillik məsələləri olsun – biz öz töhfəmizi verməyə hazırıq”.

“BBC Verify” və “BBC Sport” jurnalistlərinin araşdırmasına görə, FİFA və Canni İnfantino ilə əlaqəli olduğu bildirilən şəxsi təyyarə turnir ərzində onun iştirak etdiyi oyunların keçirildiyi şəhərlərə ümumilikdə 27 uçuş həyata keçirib.
Hesablamalara əsasən, bu uçuşların cəmi iki həftə ərzində yaratdığı karbon izi orta statistik 78 nəfərin bir il ərzində atmosferə buraxdığı istixana qazı emissiyasına bərabərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada