Modern.az

Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzatdı

Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzatdı

İdman

25 İyul 2024, 11:32

Albaniya millisi baş məşqçisi Silvinyo ilə müqavilə müddətini uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis 2025-ci ilin sonuna kimi albanlara rəhbərlik edəcək.

 

Albaniya millisi braziliyalı çalışdırıcının rəhbərliyi altında Almaniyada keçirilən son Avropa çempionatında iştirak edib. Komanda İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı qrupda 1 xal toplayaraq sonuncu olub.

 

Qeyd edək ki, Silvinyo 2023-cü ilin yanvarından bu vəzifədə çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri