Yaşıllığı azalan Bakı fəlakətli əraziyə çevrilib - Böyük şəhərlərlə MÜQAYİSƏ

Yaşıllığı azalan Bakı fəlakətli əraziyə çevrilib - Böyük şəhərlərlə MÜQAYİSƏ

6 Oktyabr 2022, 11:28

“Ekologiya Nazirliyinin bu gün yaydığı məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir - ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil”.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev paytaxtın yaşıllıq sahəsindən danışarkən deyib.

“Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir. Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur”, - R.Ağayev əlavə edib.

Onun sözlərinə görə, Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir.
 

“Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib.

Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub”, - deyə R.Ağayev həyəcan təbili çalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı