Modern.az

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə RƏY VERİLDİ

Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə RƏY VERİLDİ

28 Noyabr 2022, 15:52

Bu gün Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

 

Palatadan Modern.az-a verilən xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib.

 

Kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” geniş müzakirə edilərək təsdiq edilib və Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasında müvafiq qaydada baxılması üçün Fonda göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü