Modern.az

Sığorta şirkətlərinin rəhbərləri Mərkəzi Banka ÇAĞIRILDI

Sığorta şirkətlərinin rəhbərləri Mərkəzi Banka ÇAĞIRILDI

İqtisadiyyat

31 İyul 2023, 10:10

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətlərinin iştirakı ilə bu sahədə istehlakçıların hüquqlarının qorunması müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.

 

"AMB-də sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə sığorta sektorunun inkişafı, qarşıda duran başlıca strateji prioritetlər və yeniliklər, xüsusilə də sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti və onun gücləndirilməsi istiqamətləri barədə geniş müzakirələr aparıldı", - deyə o qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi