Modern.az

Zərdabi Günündə arzularım - Elşad Eyvazlı yazır

Media

22 İyul 2023, 14:47

Jurnalist olmaq xeyli çətin məsələdi. Doğrunu deyəcəksən, doğrunu yazacaqsan, məmurla düşmən olacaqsan, oliqarxla üz-üzə gələcəksən, harınlarla qarşılaşacaqsan.

Yalan deyəcəksən, yalan yazacaqsan, insanlar sənə nifrət edəcək, hörmətsiz olacaqsan.

Əgər sən qərəzli, məqsədli deyilsənsə, sifarış yerinə yetirmirsənsə, ləyaqətini, şərəfini qoruyursansa, yalan danışmırsansa, yalan yazmırsansa, dövlətini, millətini sevirsənsə, onun üçün çalışırsansa, vecsizlik etmirsənsə, demək ki, jurnalistsən.

ADAMSAN...

Əgər sən qərəzlisənsə, məqsədlisənsə, sifarış yerinə yetirirsənsə, ləyaqətini, şərəfini qorumursansa, yalan danışırsansa, yalan yazırsansa, dövlətini mədənlə sevirsənsə, vecsizlik edirsənsə, demək ki, jurnalist deyilsən.

ADAM DEYİLSƏN...

Əslində, bütün bunları gizlətmək mümkünsüzdür. İnsanları həmişəlik aldatmaq mümkün deyil.

Nəsənsə, osan. Maska ömürlük işləmir ki...

Dövlətini, millətini sevən JURNALİST ADAMLARI ürəkdən təbrik edirəm.

Zərdabi Günündə arzularım da var...

Arzum budur ki, mətbuat heç vaxt naşıların, işbilməzlərin, dostbazların əlində olmasın.

Arzum budur ki, bu sahəyə rəhbərlik edənlər Azərbaycanı başları ilə, ürəkləri ilə sevsinlər.

Arzum budur ki, elə mühit yaradılsın ki, hərə bacardığı sahə ilə məşğul olsun, kimsənin haqqı yeyilməsin.

Zərdabi bizim üçün həm də bir jurnalistika haqqıdır...

Zərdabi haqqına girənlər jurnalistikanın haramlarıdır.

ŞUŞAmız mübarək, dəyərli jurnalistlər...

P.S. Allah SİZİ ləyaqətsiz, şərəfsiz “JURNALİST” VƏHŞƏTİndən, onlara yalverənlərdən qorusun...

Allah sənə rəhmət eləsin 1875-i tarix edən KİŞİ...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?