Modern.az

"Bavi" qasırğası nəticəsində 87 nəfər yaralandı

"Bavi" qasırğası nəticəsində 87 nəfər yaralandı

Dünya

11 İyul 2026, 22:49

Tayvanı vuran "Bavi" tayfunu nəticəsində 87 nəfər yaralanıb.

Modern.az-ın məlumatına görə, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi bildirib.

Bildirilir ki, yaralananların böyük hissəsi artıq xəstəxanalardan evlərinə buraxılıb, hər hansı ölüm halı və ya ağır xəsarət qeydə alınmayıb.

Ölkə üzrə 14,2 min nəfər təxliyə olunub, onların çoxu Tayvanın şərqindəki Hualyan rayonunun sakinləridir. Bununla yanaşı, təxminən 27 min ev elektriksiz qalıb.

Qeyd edək ki, "Bavi" qasırğası Yaponiyada da 12 nəfərin xəsarət almasına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR