Modern.az

"Real" Vinisius Junior ilə yeni müqavilə bağlayacaq

"Real" Vinisius Junior ilə yeni müqavilə bağlayacaq

İdman

11 İyul 2026, 23:06

İspaniyanın "Real Madrid" klubu ilə braziliyalı hücumçu Vinisius Junior arasında müqavilənin uzadılması ilə bağlı razılaşma əldə olunub.

Modern.az xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb.

Bildirilir ki, yeni müqavilənin rəsmi imzalanma mərasimi iyul ayının sonunda keçiriləcək. Bundan başqa, Vinisius yarımmüdafiəçi Federiko Valverdedən sonra komandanın ikinci kapitanı statusunu qazanacaq.

Qeyd edək ki, 25 yaşlı hücumçunun "Kral klubu" ilə indiki müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR