Modern.az

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

Dünya

12 İyul 2026, 02:18

ABŞ Prezidenti Donald Tramp Ukraynanın uzaqmənzilli zərbə imkanları ilə bağlı kəşfiyyat məlumatlarını aldıqdan sonra Kiyevə münasibətini dəyişib.

Modern.az xəbər verir ki, "The Wall Street Journal" nəşrinin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Tramp Ukraynanın uzaqmənzilli hücumlarının effektivliyindən təsirlənib.

Nəşr yazır ki, ABŞ kəşfiyyatı eyni zamanda Rusiya cəmiyyətində müharibədən yorğunluğun artdığını da qeyd edir. Mənbələrin sözlərinə görə, məhz bu qiymətləndirmələr Trampın ötən illə müqayisədə Ukraynaya daha müsbət yanaşmasının əsas səbəblərindən birinə çevrilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...