Modern.az

Oğlanları İŞİD-ə qoşulmağa icazə verməyən ananı öldürdülər

Oğlanları İŞİD-ə qoşulmağa icazə verməyən ananı öldürdülər

Dünya

26 İyun 2016, 20:03

20 yaşlı əkiz qardaşlar Xalid və Saleh yaşlı analarını onlara İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına razılıq vermədiyinə görə öldürüblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, faciə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qeydə alınıb.

Yerli KİV-in yaydığı xəbərə görə, Xalid və Saleh qardaşları anaları Haila Əl Arinya bir neçə bıçaq zərbəsi vurmaqla öldürüblər. Bundan sonra 73 yaşlı atalarını və 22 yaşlı qardaşlarını da öldürməyə cəhd ediblər. Onlar hər ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Əkizlər hadisədən sonra qaçmağa cəhd göstəriblər, ancaq polis onları şəhərdən 100 kilometr aralıda həbs edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok