Modern.az

İstanbul terrorunda çeçen izi – 9 nəfər tutuldu

İstanbul terrorunda çeçen izi – 9 nəfər tutuldu

Dünya

30 İyun 2016, 12:33

Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra geniş həbslərə başlayıb.

 

Modern.az xəbər verir ki, bir neçə yerdə keçirilən xüsusi əməliyyatlar zamanı İŞİD-lə əlaqəsi olan 9 nəfər həbs olunub.

 

Onlara “terroru maliyyələşdirmək” maddəsi ilə ittiham irəli sürülüb.

 

Amerikanın CBS telekanalı isə 42 nəfərin ölümünə yol açan partlayışın arxasında çeçen mənşəli Osman Vadinovun dayandığını iddia edib.

 

Məlumata görə, Vadinov terrordan 20 gün əvvəl İŞİD “paytaxt”ı Rakkanı tərk edərək İstanbula gəlib.

 

Vüqar İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok