Modern.az

Prezidentin mühafizəçisi atışmada yaralandı

Prezidentin mühafizəçisi atışmada yaralandı

Dünya

6 İyul 2016, 20:13

Suxumidəki “Elbrus” restoranındakı atışmada yaralananlardan birinin qondarma “Abxaziya Respublikası”nın “prezidenti”nin mühafizəçisi Axra D.nin olduğu bildirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda tibb işçiləri oba və digər zərərçəkənlərə yardım edirlər.

İyulun 5-də axşam saatlarında müxalifətin Suxumidə Daxili İşlər Nazirliyi binasının qarşısında keçirdiyi mitinq başa çatandan sonra “Elbrus” restoranı yerləşən ərazidə naməlum şəxslər atəş açıblar. Atəş zamanı yaralananların hamısı Suxumi xəstəxanasına yerləşdiriliblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok