Modern.az

Suriya müxalifəti Lavrovla görüşməyəcək

Suriya müxalifəti Lavrovla görüşməyəcək

Dünya

26 Yanvar 2017, 22:53

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) müxalifətçilərin yanvarın 27-də Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla keçiriləcək görüşündə iştirak etməyəcək. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə SMİQMK-nın yaydığı məlumatda bildirilir.

Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir.  

Görüşdən imtinanın səbəbi açıqlanmır. 

Məlumata görə, Moskva görüşünə 25 müxalifətçi dəvət olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok