Modern.az

Ukrayna separatçı qüvvələrin daha bir komandirini zərərsizləşdirib

Ukrayna separatçı qüvvələrin daha bir komandirini zərərsizləşdirib

Dünya

8 Mart 2017, 00:34

Ukrayna separatçı qüvvələrin daha bir komandirini zərərsizləşdirib. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, Luqansk vilayətində separatçı qüvvələrin “Plastun” ləqəbli komandiri məhv edilib.  Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər üzrə nazir müavini Georgi Tuka məlumatı təsdiqləyib.

 Məlumata görə, öldürülən şəxs Ukraynanın qondarma “Luqansk Xalq Respublikası” separatçı regionu ərazisində silahlı dəstəyə rəhbərlik edib. Onun 2014-cü ildə Luqans vilayətinin Xryaşevatoye qəsəbəsində yaralandığı bildirilir.

 Qətlin təfərrüatları açıqlanmasa da “Plastun”un ölümünü sosial şəbəkələrdə digər separatçılar da təsdiqləyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok