Modern.az

Tramp İrana qarşı yeni sanksiyalar imzaladı

Tramp İrana qarşı yeni sanksiyalar imzaladı

9 May 2019, 13:26

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı sərəncam imzalayayıb

Modern.az  xarici KİV-lərə istinadən xəbər verir ki, yeni sanksiyalar İranın metallurgiya, alüminium və mis istehsalı və ixracı sahələrinə də tətbiq edilib.

Ağ evin açıqlamasında deyilir ki, metallurgiya sahəsi İranı valyuta ilə təmin edir. Neftdən sonra ölkəni valyuta ilə təmin edən metallurgiya sahəsinin sanksiyalar altında qalması rejimin konstruktiv addım atması ilə nəticələnəcək.

Dünya mətbuatında ABŞ-ın yeni sanksiyaları birmənalı qəbul edilməyib. İqtisadçıların fikrinə görə, sanksiyalardan İran ilə yanaşı, regionun digər dövlətləri də zərər görəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok