Modern.az

"Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır  

Dünya

31 May 2020, 20:05

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Honda” Çin bazarında satdığı 774 min avtomobili yanacaq çənindəki nasazlıqlara görə geri çağırır.

 

Modern.az Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2018-ci ilin iyul-dekabr ayında istehsal edilən “Acura", "Greiz", "Gienia", "Civic" və “Spirior” modelləridir.

 

Bildirilir ki, nasaz detallar "Honda"nın Çindəki müştərək müəssisələri olan "GAC Honda" və "Dongfeng Honda" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok