Modern.az

Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?”

Paşinyan: “Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?”

Dünya

20 Aprel 2021, 19:00

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla kommunikasiya xətlərinin açılmasının vacibliyinə toxunub.

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, Nikol Paşinyan Ermənstanın Vayotszor vilayətinə səfəri zamanı regionda nəqliyyat yollarının açılması məsələsindən danışıb.


Bu, 2020-ci ilin 10 noybarında imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının bəndlərindən birində nəzərdə tutulub.


Paşinyan habelə Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” adlandırdığı Syunik vilayətindən keçəcək nəqliyyat yolu barədə Bakının bəyanatlarından bəhs edib:


“Azərbaycan daim “Zəngəzur dəhlizi”ndən bəhs edir. Bizsə deyirik ki, imzalanmış birgə sənəddə “Syunik”, “Zəngəzur”, “Meğri” və yaxud “dəhliz” sözləri yoxdur. Onlar daim deyilər ki, “bizim Zəngəzur dəhlizimiz olacaq”. Deyirlər, qoy desinlər. Deməli bizim də “Naxçıvan dəhlizi”miz olacaq”.


Ermənistan hökumətinin başçısı regionda nəqliyyat yollarının açılmasının Ermənistana verəcəyi faydalardan da söz açıb:


“...Yəni biz onlara yol əvəzinə yol verəcəyik. Heç təsəvvür edirsinizmi ki, bizim İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu bağlantımız olsa, Ermənistan iqtisadiyyatı hansı dəyişikliklərə məruz qalacaq? Bu, bizim ən vacib vəzifəmizdir. Bundan sonra Ermənistanın öz böyük sərvətindən istifadə etmək imkanı yaranacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok