Modern.az

76 677 nəfər Ermənistanı tərk edib – Son 4 ayda

76 677 nəfər Ermənistanı tərk edib – Son 4 ayda

6 May 2021, 12:07

Ermənistanı tərk edənlərin sayı rekord vurub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel aylarında hava yolu ilə ölkəni 76 677 nəfər tərk edib.

Yerevanın “Zvartnots” aeroportunun mətbuat xidmətinin rəhbəri Satenik Ovannisyan 4 ayda ölkəyə 164 214 nəfər gəldiyini, ölkədən gedənlərin sayının isə 240 891 nəfər olduğunu söyləyib.

 

Beləliklə, 4 ayda ölkədən gedənlərin sayı gələnlərdən 76 677 nəfər çoxdur. Xatırldaq ki, Ermənistanda rəsmi məlumatlara görə, 2,9 milyon sakin var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok