Modern.az

Rəşad Məcid Yazıçılar Birliyinin sədr müavini TƏYİN OLUNDU

Rəşad Məcid Yazıçılar Birliyinin sədr müavini TƏYİN OLUNDU

1 İyul 2021, 15:14

Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.

 

Bu barədə Modern.az-a Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

 

Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.

 

Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Salim Babulaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.

 

R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok