Modern.az

Bayden yenidən vəzifə başında

Bayden yenidən vəzifə başında

Dünya

19 Noyabr 2021, 21:38

ABŞ Prezidenti Co Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.

 

Psaki Baydenin vəziyyətinin yaxşı olduğunu bildirib.

 

"O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq", - deyə mətbuat katibi qeyd edib.

 

 

Bundan əvvəl məlumat yayılmışdı ki, Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil verəcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok