Modern.az

Nobel sülh mükafatı almış azərbaycanlı alim İlham Əliyevin dəstəkləyir

Nobel sülh mükafatı almış azərbaycanlı alim İlham Əliyevin dəstəkləyir

25 Yanvar 2024, 10:36

Avstriyanın paytaxtı Vyanada yaşayan soydaşlarımız 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyirlər.

 

“BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Avstriya üzrə nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq əməkdaşı, 2005-ci ildə AEBA-da çalışan bütün digər əməkdaşlarla birlikdə Nobel Sülh Mükafatını alanlar sırasında olan dünya şöhrətli azərbaycanlı alim, Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının laureatı Bəxtiyar Siracovun adından yayılmış müraciətdə bildirilib ki, ölkəmizin müstəqillik dövrü ərzində iqtisadi, siyasi, hərbi, elmi, mədəni və digər sahələrdə qazandığı uğurlar dövlət başçımızın adı ilə bağlıdır: “Ölkə daxilindəki siyasi stabitliyi, dayanıqlı iqtisadi inkişafı, dövlətimizin beynəlxalq müstəvidə tutduğu layıqlı mövqeyini Sizə borcluyuq. Siz daim ölkəmizin qüdrətli, çiçəklənən bir dövlətə çevrilməsi, xalqımızın rifahının yüksəldilməsi yolunda yorulmadan fədakarcasına çalışırsınız. Bütün bunlarla yanaşı, torpaqlarımızın düşmən işğalından azad edilməsi, suverenliyimizin tam təmin olunması, ərazi bütövlüyümüzün bərpası sizin bu illər ərsində yürütdüyünüz siyasətin ana xətti olub. Sizin yürütdüyünüz müstəqil siyasət, daim nümayiş etdirdiyiniz əzm, dövlətimizə qarşı edilən haqsız təzyiqlərə qarşı göstərdiyiniz sərt duruşunuz Sizə bütün dünya azərbaycanlılarının etimadını, məhəbbətini, güvənini qazandırıb”.

 

Bəxtiyar Siracov qeyd edib ki, xaricdə yaşayıb fəaliyyət göstərən Azərbaycan vətandaşı, çoxsaylı güclü və mütəşəkkil diasporümuzun nümayəndələrindən biri kimi dövlət başçımızın yanında olduğunu bildirir və Prezident seçkilərində İlham Əliyevə uğürlar arzu edir: “Mən digər soydaşlarımızla bərabər Sizin rəhbərliyiniz altında Azərbaycan xalqının bundan sonra da daim sülh və əmin-amanlıq şəratində yaşayacağına, ölkəmizin daha böyük uğurlara imza atacağına, dövlətimizin əbədiyyətə qədər tam suveren, müstəqil olacağına tam əminliyimizi bildiririk. Tanrı Sizi qorusun!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok