Modern.az

Küveyt XİN-dən Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA

Küveyt XİN-dən Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA

25 Aprel 2024, 12:14

Küveyt Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bir sıra regionlarda sərhədlərin demarkasiyasına dair əldə edilmiş razılaşmanı və iki ölkə arasında qalan sərhədlərin demarkasiyası üzrə səylərin davam etdirilməsini alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Küveyt XİN məlumat yayıb.

 

Bildirilib ki, Küveyt Xarici İşlər Nazirliyi region xalqlarının təhlükəsizliyini, sabitliyini və rifahını qorumaq üçün mübahisələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayır, Ermənistan və Azərbaycanın bu kontekstdə göstərdiyi səyləri yüksək qiymətləndirir.

 

Qeyd edək ki, bundan əvvəl müxtəlif ölkələrin XİN-ləri və beynəlxalq təşkilatlardan da prosesə müsbət reaksiyalar gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok