Modern.az

Kürdlər Suriyada muxtariyyət elan edəcək - ŞOK

Kürdlər Suriyada muxtariyyət elan edəcək - ŞOK

Dünya

16 Mart 2016, 16:42

Suriya kürdləri ölkənin şimalında muxtariyyət elan etməyə hazırlaşırlar.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Demokratik İttifaq” partiyasının rəsmisi Navaf Xəlil elan edib.  

Xəlil Suriyanın federallaşma modeli kimi şimal regionunda kürdlər, türkmənlər və ərəbələr üçün birgə yaşam formasının hazırlanacağını deyib.  

Yekun qərar Rmeylan şəhərində bütün kürd partiyalarının iştirakı ilə baş tutacaq ortaq konfransdan sonra elan olunacaq.  

Suriya kürdlərinin Moskvadakı rəsmi nümayəndəsi Əbu Salam Əli isə bu məlumatı təsdiqləyərək Suriya kürdlərinin Cenevrədəki Suriya danışıqlarına dəvət olunmamasına cavab olaraq belə bir addım atacaqlarını deyib.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok