Modern.az

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - III YAZI

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - III YAZI

9 Aprel 2012, 11:43

Bu günlərdə Türkiyə hökumətinin Dinlər üzrə İdarəsi Bolqarıstanda məscidin tikintisi üçün 6 milyon avro dəyərində ianə ayrılmasına razılıq verib. Bu din məbədi Bolqarıstanın ən böyük məscidi olacaq. Eyni vaxtda 1.500 nəfərin dini ayinləri icra etməsi üçün nəzərdə tutulmuş məscid Bolqarıstanın cənubunda yerləşən və türklərin sıx məskunlaşdığı Kardzhali şəhərində inşa olunacaq. 

Bəs görəsən Azərbaycanda məscidlər tikilirmi? Bəzi rayonlarda yeni məscidlərin inşa edilməsi barədə məlumatlar var. Amma dövlət səviyyəsində görülən işlərdən son illərdə bir neçə ibadət ocağının bərpa edilməsini qeyd edə bilərik. 

Modern.az bir müddət öncəAzərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazılara start verib. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər haqqında geniş məlumat təqdim edirik.

Bu dəfə yenə də Azərbaycanın bəzi regionlarında olan ibadət evləri barədə məlumatlar təqdim edəcəyik. Bu rayonlarda məscid sarıdan problem olmasa da, elə bölgələr var ki, ibadət evləri sarıdan kasadlılıqdır. Əlbəttə, bununla həmin regionda dindar əhalinin az olmasını demək olmaz. Bəzən insanların məscid tikməyə imkanı olmur, imkanı olan adamlar isə məscid əvəzinə restoran tikib pul qazanmağı düşünür. Hətta elə regionlar var ki, 1 dənə də olsun məscid yoxdur. Bu barədə sonrakı yazılarda. Hələlik isə ölkəmizin daha 5 rayonu - Biləsuvar, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarındakı məscidlərin vəziyyəti barədə məlumat verək.

Biləsuvar.., bərpa edilməsinə icazə verilməyən məscid

2010-cu ildən sonra bu rayonun adı çəkiləndə ilk olaraq yada Milli Qəhrəman Mübariz İbrahimov düşür. Hətta məktubunda son cümlələrində “Seyid nəvəsi olaraq bunu etməliyəm. İbadətlərinizdə möhkəm olun” demişdi.
Biləsuvar camaatı regionda dindar camaat kimi tanınır.

Biləsuvar rayonunda 62 məscid var ki, bunlardan 11-i dini icma kimi qeydiyyatdan keçib. Amma Biləsuvar məscidlərinin əsa problemi qeydiyyat deyil.

Rayon sakinlərinin dediyinə görə Biləsuvarda yerləşən Pambıq zavodunun  yaxınlığında  məscid olub. Amma hələ də naməlum səbəbdən 2 il əvvəl yanıb və ya yandırılıb. Bu hadisədən sonra rayon sakinləri şəxsi vəsaitləri hesabına məscidi bərpa etmək istəyiblər. Hətta müəyyən qədər iş də görülüb. Amma məscidin damı bağlanan zaman hanısa “rəsmi” qurumların yadına əvvəlcə mövcud olmuş, bir dəfə yanıb yenidən bərpa edilən məscidin tikintisi üçün icazə düşüb. Təbii ki, Azərbaycanda olan bir çox tikililər kimi ibadət evinin də sənədi olmadığından “qanunsiz tikili” adı ilə tikintisi dayandırılıb.

Biləsuvarın “Xaraba məscid”i

Biləsuvarda bir məscid var ki, buna el dilində “Xaraba məscid” deyirlər. Bu adın öz qəribə tarixi var. Hələ Sovetlər dönəmində Biləsuvarda İranla olan sərhəd keçid məntəqəsinin tikintisi zamanı həmin ərazidə yerləşən Ağalikənd adlı kəndin bütün sakinləri köçürülür. Kənd yenidən başqa ərazidə salınır. Amma kənddən yadigar olaraq burada bir məscid qalır. Sovet dövründə məscidin bir hissəsi dağıdılır və anbar kimi istifadə olunur. Sonradan istifadəsiz qalan məscid el dilində “Xaraba məscid” adlanmağa başlayır. İndi də köhnə Ağalikəndin sakinləri həmin məscidə ziyarət məqsədi ilə gedirlər.

Biləsuvar  “Cümə” məscidi şəhərinin mərkəzində yerləşir. 1992-ci ildə inşa olunub. Həyətyanı sahəsi 3000 kv.metrdir. İç sahəsi iki hissədən ibarətdir: kişilər şöbəsi 12x12 metr, qadınlar şöbəsi 8x8 metr təşkil edir.
Biləsuvar şəhər “Cümə” məscidinin tikintisində rayonun keçmiş icra hakimiyyətinin başçısı Yusif Mehtiyev, axund Əlifağa Böyükağa oğlu, Tanrıverən Tanrıverdi oğlu, hacı İzzət Qarayev, Avtandil Quliyev xüsusi təşəbbüs göstəriblər. 1994-cü ildən etibarən tikinti işləri davam etdirilib. Məscidin tikintisinə qoyulan vəsait ümumi şəhər əhalisinə məxsusdur. 1997-ci ilin iyununda məscid Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Məscidin əsas binasının günbəzi ağ dəmir təbəqədən işlənin. Burada eyni zamanda mədrəsə də tikilin ki, onun da sahəsi 8x8 metrdir. Minarələrin hündürlüyü 15, məscidin günbəzinin diametri 8 metrdir. Pəncərələr tağvari formada olub, taxtadan düzəldilib. Məscidin tağvari formalı üç giriş qapısı var. Əsas ibadət zalı və mədrəsə dairəvi formadadır. Məscidin minbəri taxtadan olub, yeddipilləlidir. Ustaları Xankişi Mirzəyev, Şakir Həsənov, Qəribağa Murtuzov, iş icraçısı isə Allahşükür Şirinovdur.

Saatlı məscidləri

Saatlı rayonunda 50 məscid fəaliyyət göstərir ki, bunlardan yalnız 8-i qeydiyyata alınıb. Rayon mərkəzində isə 8 məscid var. Rayonun axundu hacı Vadər Əliquliyevin sözlərinə görə, digər məscidlərin də qeydiyyat məsələləri ilə məşğul olunur. Artıq əksər məscidlərin sənədləri qaydaya salınaraq təqdim olunub. Axundun sözlərinə görə, bəzi şəxsi vəsaitlər hesabına tikilmiş məscidlərin sənədlərində cüzi çatışmamazlıqlar var ki, onlar da tezliklə həll ediləcək.

Saatlının dəstəmazxanası olmayan məscidi

Saatlı rayonun axundu hacı Vadərin sözlərinə görə, rayon mərkəzində yerləşən “Cameə” məscidi köhnə tikilidir.
“Məscid uzun illərdir ki, təmir olunmur. Əsasən su sarıdan əziyyət çəkirik. Dəstəmazxana yoxdur. Yəni onu əvəz edən tikili var. Amma bir sıra yeni tikilmiş məscidlərdə olduğu kim,i burada su sistemi qurulmayıb. İnsanlar hələ də dədə-baba qaydası ilə quyudan su çıxardaraq dəstəmaz alır” deyir Hacı Vadər.
Əlbəttə, dəstəmaz üçün mütləq su sisteminin olması vacib deyil. Amma müasir zamanda bunun olması lazımdır. Axund bildirir ki, məscidin təmiri üçün küllü miqdarda vəsait tələb olunur.
“Bilirsiniz xırda işlər olsa bunu camaat da edə bilər. Amma burada əsaslı işlər getməlidir. Yeni dəstəmazxana, yardımçı binalar tikilməlidir. Həm də bu mərkəzi məsciddir. Rayona gələn insanlar bunu görür. Regionlarda aparılan içlər çərçivəsində məscidimiz də təmir olunsa əlbəttə bu bizi çox sevindirər”.

Saatlıda sökülən məscid də var yanan məscid də

Axund hacı Vadərin verdiyi məlumata görə, rayonun Əlisoltanlı kəndi ərazisində yerləşən bir məscid sökülüb. Belə ki, məscid Sovet dövründə bağlanmış və anbar kimi istifadə olunurmuş. Müstəqillikdən sonra isə həmin anbar kənd məktəbinə çevrilib.
“Düzdür əvvəl məscidi məktəb elədilər. Amma sonra kənddə yeni məktəb tikildi. Məscid qaldı. Təxminən 10 il əvvəl bəzi nadan adamlar bu abidəni sökdülər. İndi yerində nə tikiblər bilmirəm. Amma bu rayonumuzda sökülən yeganə ibadət ocağıdır”  deyir hacı Vadər.

Bir müddət əvvəl isə Saatlıda müəmmalı şəkildə “İmam Əli” məscidi yanmışdı.

Məsciddə yanğın axşam saatlarında başlayıbmış. Hadisə yerinə rayonun yanğınsöndürənləri gəlsə də, məscidi xilas eləmək mümkün olmayıb.

Saatlı Cümə Məscidi - şəhərin mərkəzindədir. Həyətyanı sahəsi 1000 kv.metr, iç sahəsi 25x34 metr, hündürlüyü isə 6 metrdir. Yerdən günbəzədək hündürlüyü isə 11 metrdir. Həyətyanı sahəsi daş və dəmirdən ucaldılmış hasara alınıb. Düzbucaqlı formaya malik olan bu məscid 1995-ci ildə tikilib. Tavanı betondan olub, 12 düzbucaqlı formalı sütun üzərində dayanıb. Sütunlar mişar daşından hörülüb. Məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi ikinci mərtəbədə yerləşir. Bura hücrələr şəklində olan 10 otaqdan ibarətdir və ümumi sahəsi 200 kv.metrə bərabərdir. Məscidin ibadət zalı dörd bir tərəfdən daş plitələrlə üzlənib. Saatlı şəhər Cümə məscidinin iki böyük minarəsi var. Kərpicdən hörülmüş bu minarələrin hündürlüyü 20 metrdir. Minarələrin aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minbəri taxtadandır və beşpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 3 metrdir.

İmişlinin məscidləri

İmişli rayonu da regionda ən çox məscid olan yerdir. Belə ki, rayonda 54 məscid var. Amma rayonun axundu Hacı Adıgözəl Bəşirovun verdiyi məlumata görə cəmi 3 məscidin icması qeydiyyata alınıb. Qalanları isə hələ də qeydiyyat növbəsi gözləyir. Bəzi məscidlərin isə ümumiyyətlə sənədləri hələ təqdim edilməyib. Rayon mərkəzində isə 6 məscid var.

İmişlinin 20-dən çox qəzalı vəziyyətdə olan məscidi var

Axund hacı Adıgözəlin sözlərinə görə rayonda əksər məscidlər qəzalı vəziyyətdədir. “Kəndlərdə olan qədim məscidlərimiz var. Əlbəttə, uzun illərdir təmir edilmədiyindən çox qəzalı vəziyyətdədir. 20-yə yaxın məscid var ki. Onların içərisində həm qəzalı vəziyyətdə olanı, həm də yarımçıq tikililəri var. Elə məscidlərimiz var ki, insanlar onun bir otağını düzəldib oradan istifadə edir”.

Rayon mərkəzində olan məscidlərdə isə vəziyyət nisbətən yaxşıdır. Amma kəndlərdə hələ də 20-dən çox məscid xeyirxah insanların və ya dövlət məmurlarının yolunu gözləyir.

İmişli “Cümə” məscidi şəhərinin mərkəzində yerləşib. Məscid binası 1991-1994-cü illərdə tikilib. Bünövrəsi isə 1987-ci ildə rayonun icra başçısı hacı Xanhüseyn tərəfindən qoyulub. Həyətyanı sahəsi 3000 m2 olub, başdan - başa daş plitələrlə döşənib. Məscid həmçinin, daş hasara alınıb. Əsas ibadət zalının sahəsi isə 15x15 metrdir. Əsas ibadət zalının sağ və sol tərəflərində daha iki ibadət zalı var. Onların sahələri isə 6x28 metrə bərabərdir. Məscid özünəməxsus memarlığı ilə səciyyələnir və nəfis formada işlənib. Onun mişar daşından tikilmiş qoşa minarəsi məscidin əzəmətini daha da artırır. Minarələrin qüllə hissəsi də daşla işlənmiş və üstündə aypara və səkkizguşəli ulduz rəmzi qoyulub. Minarələr daş plitələrlə üzlənib və aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minarələr həmçinin, tək şərəfəyə malikdir və şərəfələr daşla işlənib. Şərəfələrin aşağı hissəsi də üçqat stalaktitlərlə işlənib. Minarələrin hündürlüyü isə 27 metrdir. Əsas giriş qapısı nəfis şəkildə işlənib və dərhal nəzər-diqqəti cəlb edir. Məscidin günbəzinin diametri 15 metrdir və onu 16 ədəd tağvari pəncərə bəzəyir. Minbəri taxtadandır və altıpilləlidir. Məscidin divarlarının qalınlığı isə 1 metrdir. Məscid binasının döşəmə və tavanı betonla işlənib.

Peyğəmbər yurdu Beyləqanın 12 məscidi var

Beyləqan bu dəfəki rayonlar arasında ən az məscidi olandır. Rayonda cəmi 12 məscid var. Amma bunlardan hələ heç biri qeydiyyata alınmayıb.

Rayonun axundu hacı Mirsəccad İmranov deyir ki, Beyləqanın rayon mərkəzində cəmi bir məscid var.
“Ona da hələ məscid demək olmaz. Yarımçıq tikilidir. Dindarlar orada balaca bir otaq düzəldib. Camaat namazlarını orda qılır. Həqiqətən də rayonda məscidə çox ehtiyac var. Təsəvvür edin ki, bu boyda şəhərin bir məscidi olsun o da yarımçıq. Düzü hər yerə müraciət etmişik. Hətta Prezident Administrasiyasına qədər. Rayon icra başçısı da məsələdən xəbərdardır. Söz verib ki, kömək edəcək. Amma hələlik gözləyirik, görək nə olur”- deyə hacı Mirsəccad bildirib.

Axundun sözlərinə görə şəhər məscidinin tikintisi üçün çox vəsait lazımdır. “Bu az pul deyil ki özümüz edə bilək. Xahişimiz budur ki, heç olmasa buranı məscid halına salmağımıza bizə köməklik edilsin. Müsəlmanın gərək məscidi olsun. Sabah şəhərə bir qonaq gəlsə və məscid istəsə nə olacaq? Onu gətirəcəyik ki, budur bizim məscidimiz?”.

Beyləqanın kəndlərində isə tikilən əksər məscidlər təzədir. Axundun sözlərinə görə kənd məscidləri şəxsi vəsaitlər hesabına tikilib.

Rayonda bir məscid isə uyğunlaşdırılmış binada yerləşib. Belə ki, Daşburun qəsəbəsində torpaq bölgüsü zamanı pay sahibi olan bir nəfər ərazisinə düşən bir binanı məscid şəklində düzəldib. Bu gün də orada insanlar ibadət edə bilir.  

Həzrəti Cərciz (ə) Peyğəmbər ziyarətgahı Beyləqan rayonunun yaxınlığında yerləşmişdir. Abidə fasad tərəfdən dairəvi formalı olub, divarları bişmiş kərpiclə işlənmişdir. Divarların qalınlığı 1,20 metrdir. Giriş qapısı taxtadan olub (1x2m), düzbucaqlı formadadır. Ziyarətgahın hündürlüyü 7 metrdir. Abidənin yuxarı hissəsi günbəz şəklindədir. Günbəz də bişmiş kərpiclə işlənib. Günbəzdə dörd gözlük (0,20x0,40m) vardır və onlar tağvari formadadır. Bundan əlavə, abidənin aşağı qatında daha iki pəncərə (1x1,40m) qoyulub. Döşəməsi torpaqdır. Ziyarətgahın mərkəzi hissəsində qəbir var. Qəbir ağ mərmərlə üzlənmiş və baş daşında kiril, latın və ərəb əlifbası ilə "Həzrəti Cərciz (ə) Peyğəmbər" sözləri həkk olunub. Ziyarətgahın iç divarları dövrələmə səkkiz guşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sahəsi 3x4 metr olub, hündürlüyü 6 metrdir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulub. Rəvayətlərə görə, Həzrəti Cərciz (ə) peyğəmbər olub. O, dini təbliğ etdiyindən çox böyük əzab-əziyyətlər çəkib. Həzrəti Cərciz peyğəmbər vaxtilə Suriya ərazisindən tək allahlığı yaymaq üçün buralara gəlib. Tarixi mənbələr göstərir ki, Cərciz (ə) peyğəmbər III-IV əsrlərdə yaşayıb. Onun missiyası bu ərazilərdə tək olan Allaha sitayiş etməyi təbliğ etmək idi. Ziyarətgah hicri-qəməri tarixi ilə 1328-ci ildə (XX əsrin əvvəlləri) təbrizli usta Həsən tərəfindən tikilmişdir. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi isə VII-VIII əsrlərə gedib çıxır. Həmin qəbir üzərində olan işarələr qədim Oğuz türklərinin adət-ənənələrini özündə nümayiş etdirməkdədir. Hətta burada Şirvan xanlığı dövründə dəfn olunan insanlar da var.
Bura heç bir vaxt bağlı qalmayıb və həmişə xalqın ziyarət etdiyi yer kimi istifadə edilib. 1989-cu ildən ziyarətgahə təmir etməyə başlayıblar. 1997-ci ildə burada yenidən təmir işləri davam etdirilib. Bu işlər ocağa daxil olan nəzir-niyaz hesabına həyata keçirilir.

Sabirabad məscidləri

Sabirabad bu dəfəki bölgələrin ən çox məscidi olan yerdir. Belə ki, rayonda 80-ə qədər məscid var ki, bunlardan da 25-i qeydiyyata alınıb. Sabirabadın məscidlərinin bir çoxu tarixi əhəmiyyətlidir. Məsələn «Şamaxı məscidi» adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilib. 
Qalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunub. Məscid isə özü müasir tiplidir. Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçib.

Həzrət Əlinin (ə) keçdiyi yurd

Rəvəyətə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər «süfrə çala» kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar. 

Baba Samid Türbəsi

Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbayjan Tarix inistitunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparıb və bu haqda fikirlərini dəfələrlə nəşr etdirib. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılıb. 4-5-ci sətirlər Həzrəti Əlinin (ə) tərifinə həsr olunub, qalan 4 sətirdə türbənin səfəvi padşahı birinci şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılıb. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818-ci illərdə yaşayıb) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın (ə) oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

Biləsuvar rayonu

Biləsuvar şəhəri «İmam Hüseyn» məscidi

Biləsuvar şəhəri «Cümə» məscidi

Biləsuvar r-nu Nərimankənd kəndi «İmam Hüseyn» məscidi

Biləsuvar rayonu Nəsimi kəndi «İmam Hüseyn» məscidi

Biləsuvar rayonu Bəydili kəndi “Cümə” məscidi

Biləsuvar şəhəri “İmam Zaman” məscidi

Biləsuvar şəhəri “Əbülfəzl” məscidi

Biləsuvar rayonu Yuxarı Ağalı kəndi “Cümə” məscidi

Biləsuvar rayonu Əsgərabad kəndi “İmam Hüseyn” məscidi

Biləsuvar rayonu Xırmandalı kəndi “Əli Əkbər” məscidi

Biləsuvar rayonu Xırmandalı kəndi “İmam-Zaman” məscidi

Biləsuvar rayonu Amankənd kənd məscidi

Biləsuvar rayonu Aranlı kənd məscidi

Biləsuvar rayonu Ağalıkənd kənd məscidi

Biləsuvar rayonu Ağayrı kənd məscidi

Biləsuvar rayonu Aşağı Cürəli kənd məscidi

Biləsuvar rayonu Bağbanlar kənd məscidi

Biləsuvar rayonu Dərvişli kənd məscidi

Biləsuvar rayonu Günəşli kənd məscidi

Biləsuvar rayonu Muğan kənd məscidi

Biləsuvar rayonu Ovçubərə kənd məscidi

Biləsuvar rayonu Səmədabad kənd məscidi

Biləsuvar rayonu Təzəkənd kənd məscidi

Biləsuvar rayonu Yuxarı Cürəli kənd məscidi

Biləsuvar rayonu Zəhmətabad kənd məscidi

Biləsuvar rayonu Çaylı kənd məscidi

Biləsuvar rayonu Çinarlı kənd məscidi

Biləsuvar rayonu İsmətli kənd məscidi

Biləsuvar rayonu Əliabad kənd məscidi

Sabirabad rayonu

Sabirabad rayonu Qaralı kənd məscidi

Sabirabad şəhəri «Heydər» məscidi

Sabirabad rayonu Qalaqayın kənd məscidi

Sabirabad r-nu Əhmədabad kənd məscidi

Sabirabad rayonu Qaratəpə kəndi «İmam Hüseyn» məscidi

Sabirabad rayonu Qaragüney kənd məscidi

Sabirabad rayonu Yenikənd kənd məscidi

Sabirabad rayonu Çiçəkli kənd məscidi

Sabirabad rayonu Salmanlı kənd məscidi
Sabirabad rayonu Cəngan kənd məscidi
Sabirabad rayonu Mürsəlli kəndi «İmam Hüseyn» məscidi

Sabirabad rayonu Kovlar kənd məscidi d.i. 
Sabirabad rayonu Cavad kəndi “Əlicanlı” məscidi

Sabirabad rayonu Əsgərbəyli kəndi “Camallı” məscidi

Sabirabad rayonu Kovlar kəndi “İmam Hüseyn” məscidi
Sabirabad rayonu Xankeçən kənd məscidi

Sabirabad rayonu Balvar kənd məscidi
Sabirabad rayonu Zəngənə kənd məscidi

Sabirabad rayonu Nərimankənd kənd məscidi
Sabirabad rayonu Qaratəpə kənd məscidi

Sabirabad rayonu Narlıq kənd məscidi
Sabirabad rayonu Qəzli kənd məscidi

Sabirabad rayonu Kürkəndi kəndi “Zəhra” məscidi

Sabirabad rayonu Cavad kəndi “Şeyx Böyükağa Ağa” məscidi

Sabirabad rayonu Axısxa kənd məscidi

Sabirabad rayonu Axtaçı kənd məscidi

Sabirabad rayonu Axtaçı Muğan kənd məscidi

Sabirabad rayonu Azadkənd kənd məscidi

Sabirabad rayonu Bala Həşimxanlı kənd məscidi

Sabirabad rayonu Balakənd kənd məscidi

Sabirabad rayonu Beşdəli kənd məscidi

Sabirabad rayonu Bulaqlı kənd məscidi

Sabirabad rayonu Bulduq kənd məscidi

Sabirabad rayonu Dadaşbəyli kənd məscidi

Sabirabad rayonu Güdəcühür kənd məscidi

Sabirabad rayonu Hacıbəbir kənd məscidi

Sabirabad rayonu Həsənli kənd məscidi

Sabirabad rayonu Həşimxanlı kənd məscidi

Sabirabad rayonu Minbaşı kənd məscidi

Sabirabad rayonu Moranlı kənd məscidi

Sabirabad rayonu Muradbəyli kənd məscidi

Sabirabad rayonu Muğan kənd məscidi

Sabirabad rayonu Məmişlər kənd məscidi

Sabirabad rayonu Nizami kənd məscidi

Sabirabad rayonu Nəsimi kənd məscidi

Sabirabad rayonu Osmanlı kənd məscidi

Sabirabad rayonu Poladtuğay kənd məscidi

Sabirabad rayonu Qaraağac kənd məscidi

Sabirabad rayonu Qaralar kənd məscidi

Sabirabad rayonu Qaraqaşlı kənd məscidi

Sabirabad rayonu Qaratuğay kənd məscidi

Sabirabad rayonu Qardaşkənd kənd məscidi

Sabirabad rayonu Qasımbəyli kənd məscidi

Sabirabad rayonu Quruzma kənd məscidi

Sabirabad rayonu Qəfərli kənd məscidi

Sabirabad rayonu Rüstəmli kənd məscidi

Sabirabad rayonu Sarxanbəyli kənd məscidi

Sabirabad rayonu Surra kənd məscidi

Sabirabad rayonu Türkədi kənd məscidi

Sabirabad rayonu Ulacalı kənd məscidi

Sabirabad rayonu Xankeçən kənd məscidi

Sabirabad rayonu Xəlfəli kənd məscidi

Sabirabad rayonu Yastıqobu kənd məscidi

Sabirabad rayonu Yaxa Dəllək kənd məscidi

Sabirabad rayonu Yolçubəyli kənd məscidi

Sabirabad rayonu Yuxarı Axtaçı kənd məscidi

Sabirabad rayonu Zalqaraağac kənd məscidi

Sabirabad rayonu Çığırğan kənd məscidi

Sabirabad rayonu Çöl Ağaməmmədli kənd məscidi

Sabirabad rayonu Çöl Beşdəli kənd məscidi

Sabirabad rayonu Çöl Dəllək kənd məscidi

Sabirabad rayonu Şıx Salahlı kənd məscidi

Sabirabad rayonu Şıxlar kənd məscidi

Sabirabad rayonu Şəhriyar kənd məscidi

Sabirabad rayonu Əlicanlı kənd məscidi

Sabirabad rayonu Əliləmbəyli kənd məscidi

Sabirabad rayonu Əsədli kənd məscidi

Sabirabad rayonu Ətcələr kənd məscidi

İmişli rayonu

İmişli rayonu Allahmədətli kənd məscidi

İmişli rayonu Aranlı Ağamalılar kənd məscidi

İmişli rayonu Ağaməmmədli kənd məscidi

İmişli rayonu Ağcüyür kənd məscidi

İmişli rayonu Boşçalılar kənd məscidi

İmişli rayonu Bəcirəvan kənd məscidi

İmişli rayonu Bəhrəmtəpə kənd məscidi

İmişli rayonu Cavadxanlı kənd məscidi

İmişli rayonu Cəfərli kənd məscidi

İmişli rayonu Göbəktala kənd məscidi

İmişli rayonu Göhərli kənd məscidi

İmişli rayonu Hacıalmuradlı kənd məscidi

İmişli rayonu Hacırüstəmli kənd məscidi

İmişli rayonu Kürdmahmudlu kənd məscidi

İmişli rayonu Mirili kənd məscidi

İmişli rayonu Muradalılı kənd məscidi

İmişli rayonu Muradxanlı kənd məscidi

İmişli rayonu Murğuzalılı kənd məscidi

İmişli rayonu Mürsəlli kənd məscidi

İmişli rayonu Məhəmmədli kənd məscidi

İmişli rayonu Məmmədli kənd məscidi

İmişli rayonu Məzrəli kənd məscidi

İmişli rayonu Nurulu kənd məscidi

İmişli rayonu Oruclu kənd məscidi

İmişli rayonu Qaradonlu kənd məscidi

İmişli rayonu Qaragüvəndikli kənd məscidi

İmişli rayonu Qaralar kənd məscidi

İmişli rayonu Qaraqaşlı kənd məscidi

İmişli rayonu Qaravəlili kənd məscidi

İmişli rayonu Qaravəlli kənd məscidi

İmişli rayonu Qızılkənd kənd məscidi

İmişli rayonu Qulubəyli kənd məscidi

İmişli rayonu Rəsullu kənd məscidi

İmişli rayonu Sarxanlı kənd məscidi

İmişli rayonu Soltanmuradlı kənd məscidi

İmişli rayonu Telişli kənd məscidi

İmişli rayonu Xoşçobanlı kənd məscidi

İmişli rayonu Xubyarlı kənd məscidi

İmişli rayonu Xəlfəli kənd məscidi

İmişli rayonu Yalavac kənd məscidi

İmişli rayonu Çahar kənd məscidi

İmişli rayonu Şahverdili kənd məscidi

İmişli rayonu Əlcələr kənd məscidi

İmişli rayonu Əliqullar kənd məscidi

İmişli rayonu Əliyetməzli kənd məscidi

Saatlı rayonu

Saatlı rayonu Azadkənd kənd məscidi

Saatlı rayonu Bəylik kənd məscidi

Saatlı rayonu Bəylər kənd məscidi

Saatlı rayonu Cəfərxan kənd məscidi

Saatlı rayonu Dədə Qorqud kənd məscidi

Saatlı rayonu Dəlilər kənd məscidi

Saatlı rayonu Fətəlikənd kənd məscidi

Saatlı rayonu Genişkənd kənd məscidi

Saatlı rayonu Gomuşçu kənd məscidi

Saatlı rayonu Günəşli kənd məscidi

Saatlı rayonu Hacıqasımlı kənd məscidi

Saatlı rayonu Heydərabad kənd məscidi

Saatlı rayonu Kamallı kənd məscidi

Saatlı rayonu Mircəlal kənd məscidi

Saatlı rayonu Mollavazlı kənd məscidi

Saatlı rayonu Musalı kənd məscidi

Saatlı rayonu Mustafabəyli kəndi “İmam Əli” məscidi

Saatlı rayonu Məmmədabad kənd məscidi

Saatlı rayonu Məzrəli kənd məscidi

Saatlı rayonu Naharlı kənd məscidi

Saatlı rayonu Novruzlu kənd məscidi

Saatlı rayonu Nərimanov kənd məscidi

Saatlı rayonu Nəsimikənd kənd məscidi

Saatlı rayonu Potubəyli kənd məscidi

Saatlı rayonu Qara Nuru kənd məscidi

Saatlı rayonu Qaracalar  kənd məscidi

Saatlı rayonu Qaralar kənd məscidi

Saatlı rayonu Qazanbatan kənd məscidi

Saatlı rayonu Qıraqlı kənd məscidi

Saatlı rayonu Sarıcalar kənd məscidi

Saatlı rayonu Seyidoba kənd məscidi

Saatlı rayonu Sımada kənd məscidi

Saatlı rayonu Varxan kənd məscidi

Saatlı rayonu Xanlarkənd kənd məscidi

Saatlı rayonu Yeni Novruzlu kənd məscidi

Saatlı rayonu Şirinbəyli kənd məscidi

Saatlı rayonu Əbil kənd məscidi

Saatlı rayonu Əhmədbəyli kənd məscidi

Saatlı rayonu Əliabad kənd məscidi

Saatlı rayonu Əlisoltanlı kənd məscidi

Saatlı rayonu Şirinbəy kəndi “Şirinbəy-1” məscidi

Beyləqan rayonu

Beyləqan rayonu “Cümə” məscidi (yarımtikili)

Beyləqan rayonu Hz. Cərciz (ə) məscidi

Beyləqan rayonu Binnətli kəndi “Seyyidə Aminə” məscidi

Beyləqan rayonu Örənqala kəndi “Yəhya Çələbi” məscidi

Beyləqan rayonu Yuxarı Aran kənd məscidi (təzə tikilir)

Beyləqan rayonu Xalac kənd məscidi

Beyləqan rayonu Dünyamalılar kənd məscidi

Beyləqan rayonu Kəbirli kəndi “Seyyid Əli” məscidi

Beyləqan rayonu Şəhsevən kənd məscidi (1)

Beyləqan rayonu Şəhsevən kənd məscidi (2)

Beyləqan rayonu Talıbxanlı kənd məscidi

Beyləqan rayonu Qaralılar kənd məscidi (təzə tikilir)

Orxan Əli

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok