Modern.az

Koronavirusa görə 983 nəfər vaxtından əvvəl AZADLIĞA BURAXILIB-NAZİRLİK

Koronavirusa görə 983 nəfər vaxtından əvvəl AZADLIĞA BURAXILIB-NAZİRLİK

29 İyul 2020, 20:51

İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

 

Ədliyyə Nazirliyindən Modern.az-a veeilən məlumata görə, kollegiyada bildirilib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub:

 

"Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 6 aprel 2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok