Modern.az

Naxçıvanda kommunistlərin abidəsi söküldü - FOTO

Naxçıvanda kommunistlərin abidəsi söküldü - FOTO

Ölkə

15 Yanvar 2023, 11:08

Naxçıvan şəhəri “Böyük bağ” ərazisində kommunistlər üçün inşa edilən abidə sökülüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən bu abidənin üst fasadı dünən axşam saatlarında sökülüb.

 

Tikili tam söküldükdən sonra burada başqa abidənin ucaldılacağı gözlənilir. Məlumata görə, bu, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunan abidə də ola bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi