Modern.az

Azərbaycan tankları Türkiyədəki təlimlərdə - FOTOLAR

Azərbaycan tankları Türkiyədəki təlimlərdə - FOTOLAR

31 Yanvar 2023, 15:16

Türkiyə və Azərbaycanın zirehli bölmələrinin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hər iki ölkənin tank diviziyası və mexanikləşdirilmiş piyada diviziyasının iştirakı ilə hücum tapşırığı yerinə yetirilib.Təlimlər zamanı müxtəlif növ mərmilərdən istifadə olunub.

 

Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı