Modern.az

Zəlzələ Naxçıvanda da HİSS EDİLDİ

Zəlzələ Naxçıvanda da HİSS EDİLDİ

16 Mart 2023, 16:19

Martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

 

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Naxçıvan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım